Ivento

Bakı
01 Oktyabr 2016   08:08

Haqqımızda

"İvento" MMC qısa müddətli fəaliyyətinə baxmayaraq havalandırma (isitmə-soyutma) avadanlıqıarının hazırlanmasında və quraşdırılmasında yetərincə uğurlara nail olmuşdur. Bu uğurda "İvento"MMC-nin yüksək ixtisaslı, müxtəlif sahələrdə prespektivli, peşəkar kadrların bacarıq və məhsuldarlığı təkzib olunmazdır. Firmamızın son dövrlərin tələblərinə cavab verən məhsullarla zəmanətli işləri, bu zəmanətin özəyi olan maddi texniki bazanın olması "İvento" MMC-nin daha böyük uğurlara nail olacağının bariz nümunəsidir.

Biz "İvento" MMC olaraq dünya miqyaslı aparıcı firmaların (Panasonic, Mitsubishi, Systemair, Vents, Baxcivan və s.) brend məhsulları ilə sizlərə yüksək səviyyədə xidmət göstərməyimizə birmənalı olaraq zəmanət veririk.

Firmamız müasir Azərbaycanın parlaq ideologiyası nəticəsində həyata keçirilən abadlaşdırma və müasir tikinti sahələrində (yaşayış massivlərində, yüksək mərtəbəli binalarda, müasir yeraltı avtodayanacaqlarda, böyük ziyafət salonlarında, tibb ocaqlarında, təhsil və idman komplekslərində, inzibati binalarda, kənd təsərrüfatı obyektlərində və s.) ventilyasiya (isitmə, soyutma) işlərini mükəmməl şəkildə həyata keçirir.

Xidmətlərimiz bununla kifayətlənmir. Biz nəinki yeni avadanlıqların quraşdırılmasında, hətta mövcud ventilyasiya sistemlərinin təmiri və bərpası sahəsindədə böyük uğurlara imza atmışıq. Nəticə olaraq siz "İvento" MMC-nin müştərisisinizsə bizim sizə bəxş edəcəyimiz amal rahat yaşayışdır. Təmiz və komfortlu hava sağlam həyat deməkdir!