Kalkulyator
Kondisioner gücünün hesablanması |
Daxili sahələrin soyudulması: kondisioner seçimi edəndə, ilk öncə onun soyutma qabiliyyətinə (gücünə) fikir vermək lazımdır. Öz növbəsində, lazım olan kondisionerin gücü birbaşa soyudulan sahələrin ölçülərindən (en, uzunluq və hündürlük), təyinatından, yerləşməsindən (şimal və ya cənub), pəncərə sahəsindən, insanların sayından, havalandırma sisteminin olmasından və s. asılıdır.
Güc ölçü vahidləri
Bizim üçün gündəlik istifadə olunan ölçü vahidlərindən başqa, tez-tez digər ölçü vahidlərinə də rast gəlinir. Misal üçün, Britaniyanın istilik vahidi – BTU/saat -la ölçülür. BTU/saat – 1 funt suyun 1 dərəcə Farenqeytə isidilməsi üçün lazım olan istiliyin vahididir.
Sİ sistemi (International System of Quantities, ISQ ) ilə BTU/saat-ın nisbəti:
Kondisionerin gücü necə ölçülür?
Hər kondisioneri əsas xarakterizə edən amil onun gücüdür (soyutma gücü). Təqribi soyutma gücü Q (kilovatla) aşağıda qəbul edilmiş metodla hesablanır:
Q = Q1 + Q2 + Q3
Qeyd edək ki, bu metodika yalnız nisbətən kiçik olan sahələr (mənzillər, ayrı-ayrı otaqlar, marketlər) üçün istifadə oluna bilər. İnzibati binalar, iri ticarət və sənaye obyektləri üçün digər, daha çox parametri özündə əks etdirən metodikalar istifadə olunur.

- 1Vt = 3,412 BTU/saat və ya
- 1000 BTU/saat = 293 Vt
Kondisionerin gücü necə ölçülür?
Hər kondisioneri əsas xarakterizə edən amil onun gücüdür (soyutma gücü). Təqribi soyutma gücü Q (kilovatla) aşağıda qəbul edilmiş metodla hesablanır:
Q = Q1 + Q2 + Q3
Q1 — Tavan, divar, pəncərə, döşəmədən gələn istilik.
Q1 = S * h * q / 1000, burada
S — otağın sahəsi (kv.m);
h — otağın hündürlüyü (m);
q — əmsal, 30 — 40 Vt/kv. m. bərabərdir:
q = 30 qaranlıq və ya pis işıqlandırılan otaqlar üçün;
q = 35 orta işıqlanması olan otaqlar üçün;
q = 40 çox miqdarda gün işığı olan otaqlar üçün. Əgər otağa birbaşa günəş şüaları düşürsə, pəncərədə jalüz və ya açıq rəngli pərdələr olmalıdır.

Q2 — İnsandan gələn istilik.
0,1 kVt — Sakit vəziyyətdə;
0,13 kVt — Yüngül hərəkəti ilə;
0,2 kVt — Fiziki yüklənmə zamanı;
0,13 kVt — Yüngül hərəkəti ilə;
0,2 kVt — Fiziki yüklənmə zamanı;
Q3 — Məişət texnikasından gələn istilik
0,3 kVt — Kompüterdən;
0,2 kVt — Televizordan; Digər cihazlar üçün hesab edilir ki, onlardan gələn istilik, maksimal istehlak gücünün 30%-nə bərabərdir.